“Mənim “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun ölümündə şübhəli qismində axtarışa verilməyimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Nadir Səlifovun qətli ilə bağlı heç bir əlaqəm yoxdur”.

BAKU.WS xəbər verir ki, bu sözləri “unikal.org”a açıqlamasında Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev deyib.

N.Canıyev “Lotu Quli”nin qətli ilə bağlı hər şeyin aydın olduğunu da bildirib: “Adım bu qətldə niyə hallandırılır? Öldürən şəxs məlumdur. Mən niyə axtarışa verilməliyəm ki?”

Xatırladaq ki, “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun qətlində şübhəli bilinən 2 nəfərin işi məhkəməyə göndərilib.

Qeyd edək ki, Türkiyə mətbuatında sözügedən qətllə bağlı Namiq Canıyevin axtarışa verildiyi xəbərləri yayılsa da belə hüquq-mühafizə orqanları məlumatı təsdiq etməyiblər.

BAKU.WS