SİZİN REKLAM BURADA!
055 213 76 73


Kitab oğurluğu ilə bağlı məsələyə rəy bildirmək mənim hüququmdur

BAKU.WS xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov BAKU TV-nin "Üzbəüz" verilişində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, camaatı narahat edən oğurluq hadisəsi deyildi.

"İctimaiyyəti narahat edən oğurluq hadisəsi deyil, "Əli və Nino" mağazasının oğurluğa yanaşması oldu. Əslində cəmiyyət də heç bir halda oğurluğa haqq qazandırmır", - deyə K.Cəfərov vurğulayıb.

Millət vəkili cəmiyyətdə korrupsiya məsələsinə yanaşmadan da danışıb. 

"Cəmiyyətdə elə bir təəssürat var ki, korrupsiya Azərabycan xalqına xasdır. Cəmiyyətdə elə bir təəssürat var ki, korrupsiyanı yalnız Azərbaycan məmuru törədir. Onu deyim ki, korrupsiya xərçəng xəstəliyi kimi bir şeydir", - deyə o əlavə edib.

BAKU.WS
VİDEO