Naftalanda sanatoriyada istirahət edən kişi otağında ölü tapılıb

19
iyn
2021
20:15
Naftalan şəhərindəki sanatoriyanın müştərisi qəflətən vəfat edib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, ölüm faktı Naftalan şəhər ərazisində yerləşən sanatoriyaların birində qeydə alınıb.
Ağsu rayon sakini, 1960-cı il təvəllüdlü R.Ağacanov qaldığı sanatoriyanın otağında qəflətən dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...
