Yük avtomobili qəzaya düşdü - 3 nəfər ölüb

Yük avtomobili qəzaya düşdü - 3 nəfər ölüb
Hadisə 159

Şərur rayonunda yol qəzası olub.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 15-də saat 19 radələrində rayonun Aşağı Yaycı kəndi ərazisində Qarahəsənli kənd sakini Fazil Seyidov idarə etdiyi “JAC” markalı yük avtomobilini evlərdən birinin divarına vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü və 2 sərnişini orada ölüb.

Şərur Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər