Saatlıda fermadan 120 baş qoyun oğurlayan çoban tutulub

Saatlıda fermadan 120 baş qoyun oğurlayan çoban tutulub
Hadisə 92

Saatlıda fermadan xırdabuynuzlu heyvanlar oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 15-də şəhər sakini N.Amanova məxsus fermadan 120 baş qoyun oğurlamaqda şübhəli bilinən orada çoban işləyən Yardımlı rayon sakini S.Sarıyev saxlanılıb.

Onun əvvəllər məhkum olunduğu bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər