Bakıda kütləvi dava - ağız boşluğu, bilək və qarnından bıçaqlandı - VİDEO

Bakının Nərimanov Rayonunda kütləvi dava zamanı iki nəfər ağır xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Fətəli Xan Xoyski və Ağa Nemətulla küçələrinin kəsişməsində yerləşən köşkdə qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Allahverdiyev Maqsud Bəhram oğlu və qardaşı 1992-ci il təvəllüdlü Allahverdiyev Rəcəb Bəhram oğlu köşkdə naməlum şəxslərin hücumuna məruz qalıb. M.Allahverdiyev ağız boşluğu, bilək, qarın və ayaq nahiyələrinə ümumilikdə 4 bıçaq zərbəsi vurulub. R.Allahverdiyevə isə beş bıçaq zərbəsi vurulub.
Hər iki yaralı 5 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. R.Allahverdiyevin vəziyyəti ağırdır, onu özəl klinikaların birinə yerləşdiriblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır.
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...