DİN-dən ötən gün Bakıda baş verən insidentlə bağlı AÇIQLAMA - VİDEO

Ötən gün paytaxtın Sahil metrostansiyası yaxınlığında yerləşən Xəqani bağında insident olub.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşılan görüntülərdə gənclərin mübahisə etdiyi görünür.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev bildirib ki, videosu yayılan mübahisə iyunun 14-də gecə saatlarında Səbail rayonu ərazisində qeydə alınıb:
“Sözügedən mübahisədə xəsarət alan yoxdur. Tərəflər polisə müraciət edərək hər hansı şikayətlərinin olmadığını, aralarında anlaşılmazlıq olduğunu bildiriblər”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...