SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Hindistanda dəvə öz sahibinin başını qoparıb.
 
BAKU.WS-in məlumatına görə, bu barədə "The Huffington Post" nəşri bildirir. Hadisə Radjastxan ştatının cənub-qərbində Barmer şəhərində qeydə alınıb. 

Hindli kişi dəvəni günün altında saxladığı üçün heyvan qəzəblənib. Kinli dəvə 43 dərəcə istidə qaldığı üçün bunun intiqamını sahibindən alıb. Heyvanın sahibi onu ipdən açmağı unutduğu üçün dəvə axşama kimi günün altında qalıb. 

Kişi dəvəyə yaxınlaşanda heyvan ona hücum edib. Sahibin boyundan dişləyən dəvə daha sonra kişini yerə çırpıb. 25 yerli sakin 6 saat dəvəni sakitləşdirə bilməyib. Nəticədə, dəvə öz sahibinin başını qopartıb. 

BAKU.WS
Arxiv