Gürcüstan iyunun 1-dən Azərbaycanla quru sərhədini açır

25
may
2021
12:52
Gürcüstan iyunun 1-dən etibarən quru sərhədlərini açır.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə qərarı ölkənin Dövlət Qurumlararası Koordinasiya Şurası qəbul edib.
Qərara əsasən, quru sərhədlərdən Gürcüstana daxil olan şəxslərdən tam vaksinasiya və ya son 72 saat ərzində aparılan PCR testin mənfi nəticəsini təsdiqləyən sənəd tələb olunacaq.
PCR test arayışı təqdim edəcək şəxslər 72 saat ərzində öz hesablarına yenidən testdən keçməli olacaqlar.
Bununla yanaşı, Gürcüstana gedən ziyarətçilərə sağlamlıq sığortasının olması tövsiyə edilib.
Oxşar xəbərlər
İcra başçısının hansı ittihamla həbs edildiyi məlum oldu - RƏSMİ
Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarov, Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun Cinayət Məcəlləs...
