Dmanisidə gərginliyə son qoyuldu, azərbaycanlılar və svanlar bir-birini bağışladı

17
may
2021
21:29
Gürcüstanın Dmanisi rayonunda mübahisə tərəfləri arasında barışıq əldə olunub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə şərqi Gürcüstanın müftisi Etibar Eminov Dmanisi meriyasında keçirilən görüşdən sonra bildirib.
Onun sözlərinə görə, tərəflər bir-birlərini bağışlayıb: “Məişət zəminində baş vermiş qarşıdurma daha da gərginləşə bilərdi. Gərginliyə din xadimləri, dövlət rəsmiləri və Dmanisi sakinlərinin iştirakı ilə son qoymaq mümkün oldu”.
Görüşdən sonra tərəflər barışıq rəmzi olaraq əl sıxıblar.
Oxşar xəbərlər
Fədayə Laçın "Qoca" ilə bağlı DANIŞDI: "Bizə şəraiti polislər yaratmışdı, çay da verdilər"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzr...
