SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt şəhərində müxtəlif cinsli ağaclar kəsilib.

Hadisə ötən gecə saatlarında şəhərin 30-cu məhəlləsində baş verib.

Məsələ barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti açıqlama verib.

Qurumdan saytımıza verilən məlumata görə, Sumqayıt şəhər 30-cu məhəllə ərazisində ağacların kəsilməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə məlumat daxil olub:

“Ağac kəsən şəxsin aşkar olunması və hadisəyə hüquqi qiymət verilməsi üçün şəhər icra hakimiyyəti tərəfindən aidiyyəti qurumlara məlumat verilib”.

Sumqayıtda ötən gücə ağac kəsən şəxslər cəzalandırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhəri, 30-cu məhəllə 4/6 saylı binanın yaxınlığında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb:

“Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı sözügedən ərazidə Ağanasib Kamilov tərəfindən iki ağacın kəsildiyi və təbiətə 2 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub”.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Sumqayıt şəhər prokurorluğuna göndəriləcək. Kəsilmiş ağacların yerinə isə yeniləri əkilib”, - deyə qeyd edilib.

BAKU.WS
VİDEO