SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Yolu keçən 2015-ci il təvəllüdlü Məmmədov Lətif Əsgər oğlunu avtomobil vuraraq hadisə yerindən yayınıb.

Hadisə zamanı 6 yaşlı uşaq ağır xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sol ayağının sınığı diaqnozu qoyulub.

Hadisəni törədən sürücünün kimliyi polis tərəfindən araşdırılır.

BAKU.WS