Bakıda güclü yanğın - 12 ağac məhv oldu

05
may
2021
09:08
Bakı şəhərinin Binəqədi rayonunda 70 m² sahədə taxta tullantıları və 12 ədəd ağac yanıb.
Bu barədə BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Qeyd olunub ki, yüksək temperaturdan yaxınlıqda olan üçmərtəbəli fərdi yaşayış evinin lambirindən ibarət divar üzlüyü 3 m² sahədə əriyib.
Ev və yaxınlıqda olan digər ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bakıda 2 yaşayış binasında yanğın baş verib
Bakının iki rayonunda yerləşən yaşayış binalarında yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilib. H...
