Polis reyd keçirdi: Avtoxuliqan həbs edildi - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan sürücülərə qarşı tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, reyd zamanı şəhər sakini, 24 yaşlı Eltun Həmidlinin idarə etdiyi VAZ-2115 markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub.
Həmin şəxs barəsində DYP əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilən E. Həmidli sürücülük hüququndan da 1 il müddətinə məhrum edilib.
Qalereya
Oxşar xəbərlər
Avtoxuliqanlıq edən şəxslər saxlanıldı - biri 20, digəri 15 sutka həbs edildi - VİDEO
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməs...
