VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuz rayonunda ani diqqətsizlik yanğınla nəticələnib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə rayonun Qovlar qəsəbəsində baş verib. Rayon sakini Vaqif Zeynalova məxsus ümumi sahəsi 120 kv. metr olan tikilinin 50 kv. metr yanıb.

Nəticə etibarı ilə əraziyə Tovuz rayon Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürənləri cəlb olunub və alovu ram etmək mümkün olub. İlkin məlumata görə, tikili çayxana kimi istifadə edilib və yanğın elektrik naqillərində yaşanan qısa qapanmadan baş verib.

Hadisə zamanı xəsarət alan şəxs olmayıb.

BAKU.WS
QALEREYA