SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboy rayon Kələk kənd sakini, 1997-ci il təvəllüdlü Aytəkin Hüseynova cari ilin fevral ayının 6-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə müxbirinə bildirilib.

A.Hüseynovanın əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, qara uzun saçları vardır.

Evdən çıxarkən onun əynində qara rəngli şalvar, göy rəngli cins gödəkcə və qara rəngli idman ayaqqabısı olmuşdur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-24-5-30-72 şəhər və (050/055) 301-10-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

BAKU.WS