SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Gürcüstanda ABŞ və Böyük Britaniyanın iştirakı ilə birgə hərbi təlimlər başlanıb.
 
BAKU.WS xəbər verir ki, "Nobel Partner 2016” təlimlərində 650 ABŞ, təxminən 500 Gürcüstan və 150 Britaniya hərbçisi iştirak edir. Təlimlər mayın 26-sı, Gürcüstanın müstəqilliyi gününədək davam edəcək, sonda birgə hərbi parad keçiriləcək.
 
Xatırladaq ki, ABŞ bu təlimlərə qatılmaq üçün mayın 5-də Qara dənizdəki Poti limanına ilk dəfədir ki, tank və zirehli texnikalar göndərib.
 
BAKU.WS