Rusiya ordusu Dağıstanda böyük hərbi təlimlərə başlayıb.
 
BAKU.WS-in məlumatına görə, RF-in Cənub hərbi dairəsinin motoatıcı briqadasının təxminən 1000 hərbi qulluqçu və 300-dən çox hərbi texnika "Dalni" poliqonuna yollanıb. RF ordusu burada taktiki təlimlər keçəcək.

Təlimdə silahlardan və qumbaraatanlardan istifadə edilməsi planlaşdırılır. "Qrad" və "T-90A" tankları və piyada döyüş maşınları təlimlərdə yer alacaq.  

Təlim bir neçə gün davam edəcək və 9 apreldə yekunlaşacaq. 
 
BAKU.WS