SİZİN REKLAM BURADA!
055 213 76 73



Cəlilabad rayonun Uzuntəpə kənd sakinləri təhlükə ilə üzləşiblər. 

BAKU.WS-in bəlgə müxbiri xəbər verir ki, yaşayış  evlərinə gedən elktrik xətləri kəndlilərin əllə toxuna biləcəyi səviyyədən keçir. Sakinlərin dediyinə görə, bir müddət əvvəl ərazidə kabelləşmə  işləri aparılaraq xətlər və dirklər təzələnib. Lakin ərazidəki 4 küçə bundan kənarda qalıb. Sözügedən küçədə  sakinlər hələ də primitiv üsulla çəkilmiş elktik xətlərindən istifadə etməyə məcburdular. Hörümçək torunu xatırladan elektrik naqilləri yerdən bir neçə metr məsafəyə qədər aşağı sallanır. Bu da ərtraf ərazidə yaşayan sakinlər üçün təhlükə mənbəyinə çevrilib. Kəndlilərin sözlərin görə, zəif külək əsəndə belə xəttlər qırılaraq yola, eləcə də yaşış evlərinin həyətinə düşür. 

Bundan başqa  xətlərin standartlara cavab verməməsi tez-tez qısaqapamaların yaranmasına səbəb olur ki, nəticədə evlərdə olan elktik avadanlıqları sıradan çıxır.
 

 

Kəndlilərin sözlərinə görə, movcud vəziyyət əkin sahələrində kənd təsərrüfatı işlərinə də mane olur. Əksər sahələrdə elektrik naqilləri texnikaların sərbəst işləməsinə imkan vermir. Nəticədə bir neçə saatda görüləcək işlərə günlərlə vaxt sərf olunur. 

Bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət olunsa da, nəticəsi olmayıb. AZƏRİŞIQ-ın Cəlilabad rayon şövbəsindən isə müxbirimizə cavab verən olmayıb. İdarə rəisi Aydın Məmmədov əməkdaşımızın suallarını cavablandırmaqdan imtina edib. 

BAKU.WS