Bakıda ödəmə terminalından 3500 manat oğurlanıb

02
mar
2021
12:02
Bakıda ödəmə terminalından pul oğurlayan şəxs tutulub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də rayon ərazisindəki mağazaların birindən 306 manat, oradakı “E-manat” ödəmə terminalından isə 3 510 manat pul oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş R.Mahmudov və Ağdaş rayon sakini R.Hümbətov saxlanılıb.
Oxşar xəbərlər
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirdi - 10 kq narkotik götürüldü
Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları əməliyyat keçirib, külli miqdarda narkotik vasitə aşkarlanıb. DİN-in Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Baş N...
