VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Ötən gün saxlanması barədə məlumat yayılan məhşur meyxanaçı Mahir Cürət barəsində həbs-qətimkan tədbiri seçilib.

BAKU.WS-in məlumatına görə, bu barədə Ans press-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib.

Onun sözlərinə görə, meyxanaçı Corat qəsəbəsində saxlanılan zaman onun üzərindən narkotik vasitə hesab olunan heroin çıxıb və Mahir Cürət də ilkin dindirilmə zamanı günahını etiraf edib: "O, ilkin ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib. Ötən gün onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılıb və barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib”.

Xatırladaq ki, Mahir Cürət mayın 3-də Sumqayıt Şəhər Polis İdarəsi 1-ci bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun Kürdəxanı qəsəbəsindəki Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasnda saxlandığı bildirilir.
 
BAKU.WS