SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya hüquq-mühafizə orqanları terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, Sumqayıt şəhərində doğulan, 26 yaşlı İlkin Məlikov qanunsuz olaraq partlayıcı qurğuları əldə etmə, terrora dəstək və mütəşəkkil bir qrup tərəfindən törədilən terror aktına hazırlıqda təqsirli bilinir.

Onun barəsində dövlətlərarası axtarış qərarı çıxarılıb və saxlanılması üçün İnterpola müraciət edilib.

BAKU.WS