SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib.

BAKU.WS-in məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 47 yaşlı Vüqar Əliyev terrorçuluqda və terrorçuların düşərgəsində təlim keçməkdə ittiham olunur.
V. Əliyev Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Qeyd edək V. Əliyev Sumqayıt şəhərində doğulub.

BAKU.WS