VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycanda bir neçə zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən xəbərə görə, bu gün saat 08:11-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Hacıqabul rayonu ərazisində yeraltı təkanlar olub. Zəlzələnin maqnitudası 3.9, dərinliyi 3 km olub.

Bundan başqa, zəlzələ saat 08:12-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Şamaxı rayonu ərazisində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.8, dərinliyi 3 km olub.

Zəlzələ hiss olunmayıb.

***10:50

Hacıqabul rayonunda zəlzələ olub.

Bu barədə BAKU.WS-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 4, dərinliyi 3 km olan yeraltı təkan hiss olunmayıb.

BAKU.WS