11 evdən kondisioner oğurlayan şəxs ələ keçdi

11 evdən kondisioner oğurlayan şəxs ələ keçdi
Hadisə 510

Suraxanı rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən şəxs tutulub.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat daxil olub.

Məlumata görə, Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Abdullayev Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

O, ötən ilin aprel-noyabr ayları ərzində rayonun Əmircan, Suraxanı və Bülbülə qəsəbələri ərazisində yerləşən neft quyusu, buruq və anbardan elektrik mühərriki, məişət əşyaları və təmir-tikinti alətləri, Ramana qəsəbəsinin ərazisində yol kənarındakı sahəyə quraşdırılmış 4200 manat dəyərində misdən hazırlanmış çətir altında olan uşaq fiquru, habelə 11 evdən kondisioner, kombi aparatı, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Lənkəranda evdən külli miqdarda pul oğurlanıb

Lənkəranda evdən külli miqdarda pul oğurlanıb

Lənkəranda evdən 45 min dollar oğurlayan şəxs saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib....

292 Hadisə 14:02 16 dekabr 2019

Son xəbərlər