Xətai rayonu, Ramiz Quliyev küçəsində kobud qayda pozuntusu törədən «VAZ-2106» markalı taksi sürücüsünün əməlləri Avtosfer.az-ın kamerasına tuş gəlib.
 
10 EX 869 dövlət nömrə nişanlı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq qarşı yola çıxır və qəza şəraiti yaradır. Qarşı yolda hərəkət edən avtomobilin sürücüsünün sayıqlığı nəticəsində ağır qəzadan yan keçmək mümkün olur. Belə situasiyada sürücülər qəzadan yayınmaq üçün adətən sükanı qəflətən sağa-sola çəkirlər. Lakin «06»-nın qəza şəraiti yaratdığı sürücü peşəkarlıq göstərərək sürəti azaldır və qismən sağa çəkilir. Sağdan hərəkət edən digər avtomobillə toqquşmadan yayına bilir. Sanki belə də olmalı imiş kimi davranan taksi sürücüsü isə heç nəyə məhəl qoymadan yoluna davam edir.

Ümid edirik ki, yol polisi onun bu hərəkətlərinə məhəl qoyacaq…
 
BAKU.WS