Yasamal rayonunda TƏHLÜKƏLİ VƏZİYYƏT: Yol çöküb, sakin etiraz edir - VİDEO

Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Ümid Əkbərov 38 ünvanında təhlükəli vəziyyət yaranıb.
Bu barədə BAKU.WS-in "Qaynar xətt"inə şikayət daxil olub.
Şikayətdə deyilir ki, qeyd olunan ünvanda yolda sürüşmə baş verib. Belə ki, ətrafda yerləşən yaşayış mənzilləri də qismən ziyan görüb.
Bununla bağlı sakin Həbibov Mirəziz Hadı oğlu aidiyyəti qurumlara da müraciət etdiyini vurğulayıb.
Sakin həmçinin deyib ki, ərazidən keçən qaz xətti və yüksək gərginlikli, yeraltı elektrik xətti qəzalı vəziyyətə gəlib.
Məsələni araşdırmaq və şikayətin nə qədər haqlı olmasını dəqiqləşdirmək məqsədilə Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdik.
Qurumdan bildirildi ki, məsələ araşdırılacaq və rəsmi cavab veriləcək.
Qalereya
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...
