SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanda Ermənistan hərbçilərinin meyitlərinin saxlanması barədə məlumatlar həqiqəti əks etdirmir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən bir sıra informasiya agentliklərindən daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq, Dövlət Komissiyası bildirir ki, hazırda respublikamızda Ermənistan hərbçilərinin meyitlərinin saxlanması barədə məlumatlar həqiqəti əks etdirmir.

Qeyd olunur ki, Azərbaycan beynəlxalq humanitar hüquq normalarına daim hörmətlə yanaşır və atəşkəsin pozulması nəticəsində həlak olmuş insanların meyitlərinin qısa müddət ərzində repatriasiya edilməsinin tərəfdarıdır.
 
BAKU.WS