SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakının Binəqədi rayonu ərazisində mağazalardan birinə basqın hadisəsi təhlükəsizlik kameralarının yaddaşına düşüb. 
 
BAKU.WS-in məlumatına görə, iki nəfər mağazaya girərək satıcıdan "Red Bull” istəyib. Satıcının piştaxta altına girdiyini görən həmin şəxslərdən biri ətrafı nəzərdən keçirməyə başlayıb. Bu zaman onun yoldaşı satıcını yerə yıxaraq döyməyə başlayıb. Əlindəki bıçaqla satıcını hədələyən həmin şəxs butulkaları satıcının başında sındırmağa başlayıb. Oğrular sonda kassadakı pulları götürərək aradan çıxıblar. Həmin şəxslərin hələ də azadlıqda olduqları bildirilir. 

Videoda olan şəxsləri tanıyanlardan "102” xidmətinə zəng vurmaları xahiş olunur. 

Azad Əliyev 
BAKU.WS