VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobili əsaslı şəkildə yoxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yoxlama başlamazdan əvvəl vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası predmetin, həmçinin tütün məmulatının olub-olmadığı barədə sorğu-sual edilib. O isə cavabında idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan ediləsi predmetin, həmçinin tütün məmulatının olmadığını bildirib.

Lakin yoxlama zamanı həmin avtomobilin baqaj qapısının üzlüyünün altından, həmçinin avtomobilin salonunda olan üç ədəd sərnişin oturacağının üzlüklərinin altından, avtomobilin salonunun sol divarında olan üzlüyün altından və avtomobilin tavanının altından müxtəlif markalı, cəmi 41 200 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS