Hirkan Milli Parkında yanğın olub

Bu gün axşam saatlarında Hirkan Milli Parkının Astara rayonu ərazisində yerləşən Şindan meşəbəyliyində yanğın hadisəsi baş verib.
BAKU.WS ETSN-ə istinadən xəbər verir ki, hadisə yerinə Milli Parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb.
Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
"Diqlas" ticarət mərkəzində baş verən yanğınla bağlı SON XƏBƏR – VİDEO (YENİLƏNİB - 5)
Bakı şəhərinin Nizamı rayonunda yerləşən "8-ci km bazarı"nda, "Diqlas" ticarət mərkəzində baş verən yanğının söndürülməsi istiqamətində işlər aparılır.Bu barədə...
