İsmayıllıda dəhşət - İt 36 yaşlı kişini parçalayaraq öldürdü

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Kürdmaşı kənd sakini, 1984-cü il təvəllüdlü Teyyubov Vüqar Zahir oğlu yaşadığı kənddə qəflətən küçə itlərinin hücumuna məruz qalıb. İt onun bədənini dişləyərək ağır xəsarətlər yetirib.
Hadisə zamanı qorxu və həyəcan keçirən Vüqar Teyyubovun halı pisləşib. O, ürək çatışmazlığı səbəbindən hadisə yerində keçinib.
Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda ana oğlunu qorumaq üçün canavarın qarşısına çıxdı - DƏHŞƏTLİ HADİSƏ
Astara rayonunda canavarlar məktəblilərə hücum edib.BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Şüvü kəndində baş verib.Belə ki, bu gün səhər saa...
