SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyada İŞİD-ə pul göndərməkdə ittiham olunaraq tutulan azərbaycanlı 5 il müddətinə azadlıqdan məhrum edilib.
 
BAKU.WS ANS PRESS-ə istinadən məlumat verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti regional idarəsindən bildiriblər. Belə ki, Moskva dairə hərbi məhkəməsi terrorçulara kömək etməkdə təqsirli bilinən Lipetsk vilayətinin sakininə 5 il iş kəsib.

Azərbaycanlıya Rusiyanın Cinayət Məcəlləsinin 205.1 maddəsi (terror fəaliyyətinin maliyyələşdirilməsi) üzrə cinayət işi qaldırılıb. Saxlanılan şəxsə qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilib.

Adı açıqlanmayan azərbaycanlı həbs cəzası ilə yanaşı 200 min rubl (4 min 580 AZN) də cərimə olunub. 
 
BAKU.WS