Rusiyada güllələnən 25 yaşlı "qanuni oğru” Maksim Fransuzov Rusiyada güllələnib.

BAKU.WS-in Praym Kraym saytına istinadən verdiyi məlumata görə, "Fransız” ləqəbi ilə tanınan "qanuni oğru” 4 güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Reanimasiyada müalicə alan "Fransız” dünən gecə özünə gəlib. Özünə gələndən sonra polislər və müstəntiq onu dindirib.

Dindirilmə zamanı kim tərəfindən güllələndiyini bilmədyini deyib. Maksim Fransuzov həmçinin dindirilmə zamanı "qanuni oğru” adından imtina edib.

BAKU.WS Maksim Fransuzovun "qanuni oğru” adından imtina etdiyini göstərən videonu təqdim edir.

Ziya Səccad
BAKU.WS