Bakıda yüksəkvəzifəli şəxs yarım milyonluq korrupsiyada ittiham olunur

Bakı şəhəri Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Мehriban Əsgər qızı Rüstəmova barəsində cinayət işi başlanılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, M.Rüstəmova dövlət əmlakını xüsusilə külli-miqdarda mənimsəmədə təqsirləndirilir.
İş üzrə zərərçəkən şəxs qismində Mədəniyyət Nazirliyi tanınıb.
Dəymiş zərər yarım milyon manatdan çoxdur.
M.Rüstəmova barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli-miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.
Onun barəsində başlanan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.
Oxşar xəbərlər
Eldar Mahmudovu həbsdən kənar saxlayan səbəb...
Bir daha sabiq naziri həbsdən kənar saxlayan mübhəm səbəb haqda...Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 2018-ci ili də səksəkə içində keçirdi. Gözləni...