İkinci Dünya müharibəsinin 102 yaşlı veteranı Fatma Səttarovanın dəfn yeri BİLİNDİ
Bu gün vəfat edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarovanın dəfn yeri açıqlanıb.
Təşkilatdan "Qafqazinfo"ya bildirilib ki, mərhum II Fəxri xiyabanda dəfn olunacaq.
***10:01
Görkəmli ictimai xadim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova vəfat edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Fatma Səttarova 102 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, "İstiqlal" ordenli F.Səttarova həm də Prezident təqaüdçüsü idi.
O, bir neçə gün əvvəl keçirilən növbədənkənar parlament seçkisində seçki məntəqəsinə gedərək səs vermişdi.
Oxşar xəbərlər
Xətai rayonunda mənzil YANĞIN - Sakinlər təxliyə edildi
Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasının şaxtasında baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin qüvvələri tərəfindən genişlə...