Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub
Hadisə 3

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 06:56-da Zərdab stansiyasından 17 km qərbdə Zərdab-Bərdə sərhədində zəlzələ qeydə alınıb.

BAKU.WS Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.

Qeyd edək ki, bu, son iki gündə ölkədə qeydə alınan növbəti zəlzələdir. Oktyabrın 10-da Qusar rayonunda da zəlzələ qeydə alınıb.

Oxşar xəbərlər

Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub

Qusarda zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir. Zəlzələlərin...

1529 Hadisə 08:47 10 oktyabr 2020

Son xəbərlər