SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qapısı bağlı qalan mənzildə meyit aşkar olunub.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Ramazanov Alıbəli Hüseyn oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.​

BAKU.WS