Masallıda müəmma: İkimərtəbəli evi və həyətdəki avtomobili 3 dəfə kim yandırdı? - FOTO

Masallıda müəmma: İkimərtəbəli evi və həyətdəki avtomobili 3 dəfə kim yandırdı? - FOTO
Hadisə 999

Masallı rayonunun Bədəlan kəndində güclü yanğın baş verib.BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Aşurlu məhəlləsində yaşayan Nicat Həsənovun həyətində olub.

İlk yanğın hadisəsi yaşayış evinin birinci mərtəbəsində başlayıb. Ev sahibləri tez xəbər tutduqlarından yanğın söndürülüb.

Axşam isə yanğın ikinci mərtəbədə olub və 5 otaqlı yaşayış evi əşyaları ilə birgə yanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun ətrafa yayılmasının qarşısını ala biliblər. Sabahısı gün yanan evin qalıqlarını daşımaq üçün yük maşını çağırılıb. İşlər yekunlaşmadığı üçün sürücü maşını həyətdə saxlayıb, bu zaman isə müəmmalı şəkildə avtomaşının kabinəsi alovlanıb.

Həmçinin Nicat Həsənovun onunla eyni həyətdə yaşayan qardaşı Zəfərə məxsus "VAZ-2106" markalı minik maşını od tutub yanıb. Yanğınlar bununla da bitməyib. Ardınca həyətdəki ot tayası da alovlanıb. Ümumilikdə iki gün ərzində bu ailəyə külli miqdarda ziyan dəyib.

Həsənovlar ailəsi bu işdə kiminsə əlinin olduğundan şübhələnir. Çünki son yanğın zamanı ot tayasının yaxınlığında sönmüş kibrit çöpləri tapılıb. Hadisə ilə bağlı artıq polis şöbəsinə də məlumat verilib.

Fakt araşdırılır.

Bundan əvvəl Bakının mərkəzində disko-barda yanğın olub.

BAKU.WS

Oxşar xəbərlər

Yaşayış binasında yanğın - 15 nəfər xilas edildi

Yaşayış binasında yanğın - 15 nəfər xilas edildi

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə yaşayış binasının 4-cü m...

1117 Hadisə 08:59 04 sentyabr 2018

Son xəbərlər