II Fəxri Xiyabanda RƏZALƏT: Şəhidlərin məzarına qoyulan güllər oğurlandı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları üstünə qoyulmuş əklil və güllər oğurlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə lent.az-a Qarabağ müharibəsi şəhidi Nurəhməd Hacıbəy oğlu Ulubəyovun yaxınları məluma verib.
Şəhid yaxınlarının dediyinə görə, məzarların üstündəki güllərin oğurlanması ilk dəfə baş vermir:
"Biz tez-tez belə hallarla qarşılaşırıq. Dəfələrlə bu barədə polisə məlumat vermişik. Hətta gül oğruları kameralara da düşüb. Həmin görüntüləri də polisə təqdim etmişik. Bu xırda hadisə kimi görünsə də, şəhid ailələrinə çox böyük hörmətsizlikdir".
Xatırladaq ki, xiyabanın sözügedən ərazisində mühafizə fəaliyyət göstərir.
Gül oğrularının görüntülərini təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...