Unibank-dan 10 minədək krediti olanlara müjdə

Devalvasiyadan sonra dollardakı kreditlərin qaytarılmasının çətinliyi gündəmdədir. BAKU.WS "Marja"ya istinadla xəbər verir ki, "Unibank” KB ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov bu məsələyə, "burda bizim fikrimizcə, dövlət dəstəyi lazımdır” şəkildə münasibət bildirib və sözlərinə belə davam edib: "Bildiyim qədər məsuliyyətli borcalanlar üçün əhalinin 10 minədək olan dollar kreditlərininin kompensasiyası məsələsi üzərində işləmək tapşırılıb. Yəni, dollarda borc alan 1.05 manat kursla ödəyəcək, borcun aradakı məzənnə fərqini isə MB-nın simasında dövlət qarşılayacaq. Biz 360 min ölkə vətəndaşını əhatə edən bu proqramı az gəliri olan əhalinin devalvasiyanın nəticələrindən dəstəklənməsi istiqamətində çox vacib hesab edirik. Bizim dəyərləndirməmizə görə, bu proqramın maksimal həcmi 450 milyon manat təşkil edir ki, bu zaman maliyyələşmə mənbəyi olaraq milli valyutanın devalvasiyası nəticəsində MB tərəfindən əldə olunmuş həmin 3 milyard manatın bir hissəsi çıxış edə bilər”.

Oxşar xəbərlər
Azərbaycan bankından əhaliyə böyük kredit güzəşti
Rusiyanın Azərbaycanda fəaliyyət göstərən bankı "Bank VTB (Azərbaycan)" kredit ödənişlərində çətinliklə üzləşən müştəriləri üçün xüsusi tədbirlər proqramı hazır...
