SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən illərin ən qiymətli, ən əziz yadigarı fotolardır. Alboma baxdıqca, yaşananlar kino lenti kimi göz önündən ötüb keçir. Hansısa fotoşəklə baxıb xatirələrə dalırsan. Başqa bir foto həsrət və xiffət duyğularını titrədir, nostalji hisslər oyadır.

AZƏRTAC hamımız üçün doğma və əziz insanın - Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində məhz fotolardan ibarət xüsusi layihə təqdim edir.

Burada adı Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi – 1969-cu ildən 2003-cü ilədək olan dövrü ilə bağlı olan böyük şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən nadir fotolar toplanıb: gəncliyi, Azərbaycana ilk dəfə rəhbərlik etdiyi vaxtlar, Moskvada işlədiyi, Naxçıvanda yaşadığı illər, Bakıya qayıdışı, siyasi hakimiyyətinin yeni dövrü...

Bu fotolar Heydər Əliyevin keçdiyi təkrarolunmaz həyat yolunun təsirli epizodlarını, tarixi anlarını özündə yaşadır. Bu fotolardan Ulu Öndərin bəzən gülümsər, bəzən qayğılı siması boylanır...
BAKU.WS
QALEREYA