VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda nəqliyyat sahəsində böyük problemlər və xaosun əsas səbəbi parklanma, sürücülərin maşınlarını harda oldu saxlamaları idi.


BAKU.WS xəbər verir ki, bu sahədə pərakəndəlik, özbaşınalıq paytaxtda gərgin vəziyyəti daha da ağırlaşdırırdı.

Maşınların yol kənarlarında, piyada səkilərinin üstündə dayanması, avtobus dayanacaqlarının zəbt olunması, insanların gündəlik həyatında böyük narahatlıq yaradırdı.



Hətta iş o yerə çatmışdı ki, bu özbaşınalıqların nəticəsi olaraq şəhərdə hərəkət etmək nəinki PİK saatlarında, həm də adi vaxtlarda belə əngələ çevrilmişdi.

Dayanacaqların çoxu düz yerlərdə quraşdırılmamışdı. Sərnişinlər dayanacaqları zəbt edən taksi və şəxsi avtomobillərin üzündən avtobuslara rahat şəkildə minə bilmirdilər. Vətəndaşlar dar yollarda avtomobili saxlayaraq, hərəkətə mane olurdular.


Bununla da, mübarizə konkret qurumun öhdəliyində olmadığı üçün məsuliyyətdən yayınma və idarəçilik baxımından boşluqlar yaranırdı.

Məhz yaranmış boşluqları aradan qaldırmaq üçün ölkə başçısı mühüm qərar qəbul etdi. Ötən il Bakıda parklanmaya nəzarət Bakı Nəqliyyat Agentliyinə verilib.

Bu addımdan sonra problemlərin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Əsas işlərdən biri qanunsuz parklanmaya nəzarət kameraların quraşdırılması nəticədə nəqliyyat sıxlığını artıran, yolların buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillərin tədricən aradan qalxmasıdır. Digər addım isə yollarda yol nişanlarının, işarələrin dəyişdirilməsidir.


Bu çərçivədə paytaxtın Azadlıq prospekti, Bülbül, S.Vurğun, D.Əliyeva, R.Behbudov və Ü.Hacıbəyov küçələrində ümumilikdə 33 nişan qanunvericiliyin tələbinə uyğun dəyişdirilib.

19 yerdə 3.27 nişanı 3.28 nişanı ilə əvəz edilib. 14 nişanda isə çatışmazlıq aradan qaldırılıb. Dəyişiklik edilən yol nişanlarına onların tələbinin qüvvədə olduğu vaxtla bağlı (07:30-20:00) məlumat lövhələri də (7.5.4 yol nişanı) qoyulub.

Bununla da, şəhərin ən ağrılı yeri olan Azadlıq prospektində vəziyyət əvvəlki dövrə nisbətən yaxşılaşmağa başladı.

Bu addım məhz yollarda avtomobillərin harada oldu saxlanmasının qarşısını almağa böyük kömək oldu. Bu ən çox əhalinin sıx olduğu ərazilərdə, metro giriş-çıxışlarının qarşısında, ticarət mərkəzlərinin və təhsil müəssisələrin qarşısında özünü biruzə verir.

Lazımlı addımlar atıldıqdan sonra paytaxtın ən problemli küçə və prospektlərindən vəziyyət stabilləşməyə doğru gedir. Bu da onu deməyə əsas verir ki, Bakının bu gün üçün ən böyük problemi olan tıxac dərdinin aradan qalxacağı günə çox qalmayıb.

Həyata keçirilən tədbirlərdən faydalanan isə yenə şəhər sakinləri oldu. Artıq yollarda nəqliyyat intensivliyinin artması səbəbindən mərkəzi hissədə avtobusların intervalındakı süni amillərdən qaynaqlanan gecikmələr aradan qalxıb.

Bu isə gün ərazində 2 milyon 200 min insanın rahat daşınması deməkdir. Yəni ictimai nəqliyyatdan istifadə edən sərnişinlər artıq vaxt itirmədən A nöqtəsindən B nöqtəsinə gedə bilirlər.

Bu günlərdə BNA-nın açıqladığı məlumata görə şəhərdə ictimai nəqliyyatdan istifadə edənlərin sayında da nisbətən artım müşahidə edilir. Bu isə şəhərin ekoloji durumunun qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Cavid Babayev
BAKU.WS