Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dərəcəsini 10 faiz səviyyəsində saxlayıb.

BAKU.WS
xəbər verir ki, bunu mətbuat konfransı zamanı AMB-nin sədri Elman Rüstəmov deyib.

AMB həmçinin faiz dəhlizinin yuxarı həddini 12 faiz səviyyəsində saxlamağı qərara alıb. Faiz dəhlizinin aşağı həddi 8 faiz səviyyəsində saxlanılıb.

Qeyd edək ki, iyunun 14-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 11%-dən 10%-ə, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 2% səviyyəsində olması barədə qərar qəbul edib.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ