Rusiyanın paytaxtı Moskva şəhərində taksi sürücüsü avtomobili insanların üzərinə sürüb.

BAKU.WS
“TASS” agentliyinə istinadən xəbər verir ki, hadisə Moskvanın mərkəzində qeydə alınıb.

Verilən məlumata görə, taksi sürücüsü idarəetməni itirib və maşını ticarət mərkəzlərindən birinin qarşısında dayanan insanların üzərinə sürüb. Hadisənin baş vermə anları müşahidə kamerasına düşüb.

Videodan da göründüyü kimi sürücü avtomobili insanların üstünə sürdükdən sonra maşından düşüb qaçmağa başlayıb. Yaxınlıqda dayananlar onu tutmağa çalışıblar. Lakin o ərazidən uzaqlaşıb. Polis hadisəni törədən sürücünü tutub.

Son məlumata əsasən, qəza nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında həmçinin iki rusiyalı, iki meksikalı və bir ukraynalı şəxs var.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS