Prezident İlham Əliyev bu gün fövqəladə toplantı keçirib. İstirahət günü olsa da dövlət başçısı bu gün işdə olub.

BAKU.WS xəbər verir ki, məlumatlı mənbələrdən virtualaz.org saytına verilən informasiyaya görə, fövqəladə toplantı Prezident Adminstrasiyasında keçirilib. İclasda Təhlükəsizlik Şurasının üzvləri iştirak edib.

Toplantıda milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbləri, milli təhlükəsizlik məsələlərin müzakirə olunduğu bildirilir.

"Qafqazinfo"nun verdiyi digər məlumata görə, dünən prezident MTN rəhbəri Eldar Mahmudovu vəzifədən azad etməzdən əvvəl onu şəxsən qəbul edib və nazirin yarıtmaz fəaliyyəti faktlarla qarşısına qoyulub.

Məhz həmin vaxt da Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən MTN-də əməliyyat keçirilməsi barədə məlumatlar var.
Qeyd edək ki, bütün bunlar prezident İ.Əliyevin Qazaxıstan səfərindən qayıtmasından dərhal sonra baş verib.
Son hadisələrlə bağlı müvafiq dövlət qurumları tərəfindən xüsusi açıqlamanın veriləcəyi gözlənilir.

BAKU.WS