SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Boavişta" klubunun formasını geyinən yığmamızın qapıçısı Kamran Ağayev artıq portuqaliyalı azarkeşlərin sevimlisinə çevrilib.
 
BAKU.WS-in məlumatına görə, portuqaliyalı azarkeşlərin çempionatın son turunda "Rio-Ave" ilə səfər matçında tribunadan çəkdikləri video bunu bir daha göstərir. "Rio-Ave" ilə matçda gözəl seyvlər edərək komandasının 2:1 hesablı qələbəsini təmin edən Kamran Ağayav oyundan sonra komanda yoldaşları ilə azarkeşlər olan tribunaya yaxınlaşır. Kamran Ağayev azarkeşləri coşdurmaq üçün jestlər edib.
 
Qeyd edək ki, Kamran Ağayevin şərəfini qoruduğu "Boavişta" Portuqaliya çempionatında 13 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Komanda Kamran Ağayevin gəlişindən sonra inamlı oyun sörgiləyir. 
 
Azər Məmmədov