Müğənni Samir Piriyev dələduzluqda ittiham etdiyi teleaparıcı Kamran Həsənlinin cinayət işi ilə əlaqədar özünə vəkil tutub.
 
BAKU.WS məlumat verir ki, bu barədə "Report”a vəkil Ceyhun Yusifov məlumat verib. C.Yusifov müğənninin onunla müqavilə bağladığını bildirib:
 
"Bu gün Samir Piriyevlə müqavilə bağladıq. Aprelin 2-də bu işlə əlaqədar mətbuat konfransı da keçirəcəyik. Orada maraqlı açıqlamalar olacaq. Samir Piriyevlə Kamran Həsənli arasında növbəti səs yazıları ictimaiyyətə təqdim olunacaq. Hətta Kamran Həsənlinin bacısı Gülər Həsənlinin də bu işdə əlinin olması faktlarla göstəriləcək".
 
Bir müddət əvvəl S.Piriyev mətbuata açıqlamasında teleaparıcı Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.
 
BAKU.WS