SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

BAKU.WS
-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, dolların rəsmi məzənnəsi 0,0003 manat və ya 0,03% artaraq 1,0476 manat olub.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0077 manat və ya 0,65% azalaraq 1,1858 manata enib.
 
Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,25% azalaraq 0,0158 manat səviyyəsində qərarlaşıb.


Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının

5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.

Ziya Səccad
BAKU.WS