SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlu sabah Azərbaycan Respublikasına rəsmi səfər edəcək.
 
BAKU.WS-in Xarici İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, səfər çərçivəsində Feridun Sinirlioğlunun Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
 
Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 16 sentyabr tarixində saat 11:30-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.
 
BAKU.WS